İçeriğe geçmek için "Enter"a basın

Gürcüstanda karantinə götürülənlərin sayı 39 nəfərə çatdı

28-02-2020

[r32]

28 Fevral, 2020  20:31 xeber – Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib.

Onun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: “21 pasiyentdə koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq”.

Qeyd edək ki, Gürcüstanda 2 nəfərdə koronavirus aşkarlanıb.

mənbə :
Report.az

Gurcustanda karantine goturulenlerin sayi 39 nefere catdi