25.10.2015 / 01:38 xeber –
Türkiyə polisi yaxın günlərdə ölkə ərazisində terror aktları törətməyi planlaşdırmaqda şübhəli bilinən 4 şəxs barəsində axtarış elan edib. APA-nın “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, rəsmi qurumların məlumatına əsasən, şübhəli şəxslər ölkə ərazisində saxta şəxsiyyət vəsiqələri ilə hərəkət edirlər. Axtarılan şəxslərdən biri Qazaxıstanda anadan olmuş 1995-ci il təvəllüdlü Valentina Slobodyanyuk Almaniya vətəndaşıdır və Yıldız Bozkurtun adına düzəldilmiş saxta şəxsiyyət vəsiqədən istifadə edir. Qalan 3 nəfər – Savaş Yıldız, Muxammet Zana Alkan və Ömər Deniz Dündar Türkiyə vətəndaşlarıdır.
Nəşrin mənbələrinin məlumatına görə, terrorçular təyyarə və ya gəmi ələ keçirmək, yaxud da hər-hansı bir mitinqdə irimiqyaslı terror aktı törətmək niyyətindədirlər. Axtarılanlardan üçü İŞİD-lə əlaqəli “Dokumacılar” terror qruplaşmasının üzvüdür.
Qeyd edək ki, məhz bu qruplaşma Suruçda və Ankarada 135 nəfərin ölümü ilə nəticələnən iki iri partlayışa görə məsuliyyət daşıyır.
mənbə :
lent.az