İçeriğe geçmek için "Enter"a basın

Əli Mirəliyevdən qəzəbli açıqlama - FOTO

24-10-2015

18:29 xeber – Müğənni Əli Mirəliyev bir neçə gün öncə bəzi KİV-lərdə Rəşid Behbudov, Mirzə Babayev və Yalçın Rzazadəyə “gey” deməsi barədə yayılmış iddiaları təkzib edib.

ANS PRESS-ə açıqlama verən müğənni bu şayiələrin onu gözdən salmaq istəyənlər tərəfindən yayıldığını bildirib: “Əgər efirlərdə Rəşid Behbudovun, Mirzə Babayevin, Yalçın Rzazədənin mahnısını oxuyuramsa, mən necə onlar haqqında belə söz deyə bilərəm? Mən Azərbaycanın müsiqisində təkbaşına mübarizə aparan adamlardan biriyəm. Bu işləri məni gözdən salmaq üçün edirlər. Mənim o sözləri deməyimə haqqım yoxdur. Məni gözdən salmaq üçün yalandan düzüb qoşurlar”.

Əli Miraliyev məsələ barədə Naibə Allahverdiyevanın bir neçə saat əvvəl paylaşdığı statusa da cavab verib: “Naibə xanım işin içində deyil, o mənim dostumdur, xətrini də çox istəyirəm. Elə söz deyənə ayıb olsun. Mən razı, amma o bilmir. Axı mən deməmişəm o sözü.”

Naibə Allahverdiyeva “Facebook” səhifəsində etiraz əlaməti olaraq status paylaşmışdı. Aktrisanın bu statusu bir çox tamaşaçıları və sənət dostları tərəfindən də bəyənilib.

“Çox ayıb olsun! Yalçın Rzazadə kimi sənətkar dünyaya 100 ildən bir gəlir. Həm sənətkar kimi, həm də alicənab insan kimi ona çox böyük hörmətim var. Xəstə adamdır axı, bu sözlər onun səhhətinə təsir edə bilər. Hər ağızdan çıxan sözü mətbuatda, efirdə yaymaq nə dərəcədə düzgündür? Demokratiya anarxiya demək deyil ki, nə gəldi danışasan, nə gəldi, yazasan. Bəlkə kiminsə psixoloji problemi var, yaxud mənəvi cəhətdən anormaldır?!”


Naibə Allahverdiyevanın paylaşdığı status

Əli Miraliyevin Rəşid Behbudova, Mirzə Babayevə və Yalçın Rzazadəyə “gey” deməsi barədə xəbər dünən yerli saytlarda yayılmışdı.


Naibə Allahverdiyeva

mənbə :
anspress

Əli Mireliyevden qezebli açıqlama – FOTO