İçeriğe geçmek için "Enter"a basın

Ağcabədidə pul dəyişən şəxsin meyiti su kanalından tapıldı - YENİLƏNİB

23-10-2015


23.10.2015 / 19:19 xeber –

Hadisənin qəsd və ya intihar olması araşdırılır

Ağcabədidə oktyabrın 17-də itkin düşən, meyiti ötən gün Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində aşkarlanan Valeh İsmayılov dəfn olunub.

 

V. İsmayılovun oğlu Elmin İsmayılov APA-nın Qarabağ müxbirinə açıqlamasında bildirib Ki, atası itkin düşəndə üstündə olan 9 min manat meyitinin üzərində aşkarlanmayıb.

 

"Cibindən siqaret qutusu, alışqan, bir də balaca bıçağı vardı. Şəxsiyyət vəsiqəsi ilə pul isə üstündə yox idi", – deyə E. İsmayılov qeyd edib.

 

O bu hadisədə əli olanların qısa vaxtda aşkarlanaraq məsuliyyətinə cəlb olmasını istədiklərini bildirib:  “Atamın meyitinin təkcə boynunun arxasında xəsarət izi vardı. Onun zərbə izi olduğu, yaxud kanalda harasa ilişib cızıldığını bilmirik".  

 

Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.

 

V. İsmayılovun meyiti dünən axşam saatlarında tapılıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən APA-ya bildiirlib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.

 

Hadisənin qəsd və ya intihar olması araşdırılır.

 

Bundan öncə isə Ağcabədi şəhərində xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.

 

 

****

 

10:19

 

Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.

 

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən APA-ya bildiirlib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.

 

Hadisənin qəsd və ya intihar olması araşdırılır.

 

Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.

 

 

Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

 

Xatırladaq ki, bundan öncə də həmin ərazidə xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.

mənbə :
lent.az

Ağcabedide pul deyişen şexsin meyiti su kanalından tapıldı – YENİLƏNİB