İçeriğe geçmek için "Enter"a basın

Sürüşməsi müvəqqəti dayanan avtovağzalımız - FOTO

23-10-2015

18:31 xeber – “Dünən Fövqəladə Hallar (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin (ETSN) əməkdaşlarının Bakı Beynəlxalq Avtovağzalı ərazisində apardığı monitorinqin nəticəsində ərazidə sürüşmə müşahidə edilməyib”.

Bunu ANS PRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyev deyib. Onun sözlərinə görə, dünən çatların genişlənməməsinə səbəb isə havaların yağmursuz keçməsidir: “Lakin istisna deyil ki, yağmurlu hava davam etdiyi təqdirdə çatlar genişlənəcək və sürüşmə zonası daha da aktivləşək. Bütün bunların qarşısını almaq üçün ərazidə bərkitmə işləri aparılır. Belə ki, istinad divarlarına dəmir konstruktorlar vasitəsi ilə dayaq qoyulur. Ancaq bunu da unutmaq lazım deyil ki, bütün bunlar müvəqqəti xarakter daşıyır. Fövqəladə Hallar Nazirliyindən mənə bildirdilər ki, həmin istinad divarlarının üzərinə suvaq çəkiləcək. Bütün bunlar Bakı-Sumqayıt yolunun avtovağzal hissəsində yaranan çatların da müvəqqəti olaraq aktivləşməsinin qarşısını alacaq. Ancaq yenə deyirəm, bütün bunlar müvəqqətidir. Bir müddət sonra Bakı-Sumqayıt yolunun avtovağzal hissəsi yenidən əsaslı təmir ediləcək”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki çatlar oktyabr ayının əvvəllərində yaranmağa başlayıb.

Ərazinin hər gün bir az daha qəzalı vəziyyətə düşdüyünü görən Azəryolservisin əməkdaşları ərazidə ən böyük təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlamışdılar.

Lakin ən diqqət çəkən məqam o idi ki, yolda yaranan çatların səbəbini araşdırmaq əvəzinə bəzi qurumlar həmin çatların üzərinə asfalt tökürdülər. Mütəxəssislər isə həmin çatların üzərinin örtülməsini səhv addım kimi qiymətləndirirdilər.

Həmin vaxt Ələmdar Piriyev sürüşməyə səbəb kimi, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının ərazidəki yaşıllıqları həddindən artıq çox suvarmasını göstərmişdi.

Hazırda sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış iki tərəfdən də məhdudlaşdırılıb.

Həmçinin oxuyun: Beynəlxalq tələblərlə sürüşən avtovağzalımız (FOTO)





Ərazidən fotolar

mənbə :
anspress

Sürüşmesi müveqqeti dayanan avtovağzalımız – FOTO