İçeriğe geçmek için "Enter"a basın

Müəllim şagirdi tərəfindən döyüldüyü iddia olunur

23-10-2015

04:24 xeber – KİV və sosial şəbəkələrdə şagirdin müəllimini döyməsi xəbəri təsdiqləməyib.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, ötən gün bir sıra xəbər saytlarında və sosial şəbəkərlədə yayılan məlumata görə, Xətai rayonu 95 saylı orta məktəbdə 11-ci sinif şagirdinin müəllimini ölümcül döydüyü bildirilirdi.

Buna səbəb də şagirdin dünyasını dəyişmiş valideynin təhqir edilməsinin olması göstərilirdi.

Ayaz Məhhərmov adına 95 saylı orta məktəbədə mətbuat əlehyinə ittihamlar səsləndirilirdi.

Qeyd olundu ki, təhsil ocağında olmayan bir faktı xəbər saytları şişirdib. Ancaq məsələnin mahiyyətini anlamaq üçün direktor Fuad Babayev bildirdi ki, yazılan məlumatların heç bir əsası yoxdur.

11 sinif şagirdi Rəsul Abdullayev ötən gün fizika dərsi zamanı müəllimi Svetlana Ələkbərovanın dərsindən çıxıb. Səbəb də müəllimin ondan tapşırıqları yerinə yetirilməsini soruşması olub. Şagird dərsə hazır olmadığını bildirib və sinif otağını tərk edib.

Bununla bağlı artıq pedoqoji şura zamanı müəllimin və şagirdin izahatı alınıb. Müəllimin döyülməsini sübüt edən heç bir faktın olmadığı aşkar edilib.

“Şagird sinif otağını tərk etdiyi anda təşkilatı işlər üzrə direktor müavi şagirdi yanıma gətirdi. Artıq internet səhifələri bu uşaq üçün pisxoloji problem yaratdı. İndiyə kimi onda olmamışdı. Hazırda uşağın durumu bizi düşündürür. Yeddi ay ərzində o uşaqda elə bir dönüş yaratmalıyıq ki, o həm buraxılış, həm də qəbul imtahanında iştirak edə bilsin”- deyə Fuad Babayev bəyan edib.

Direktor yalan informasiya yayan məlumat agentlikləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirdi.

Dərs saatının sonu olduğu üçün şagird və müəllimə rast gələ bilmədik. Bununla belə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə də müraciət etdik, faktı təsdiqləmədilər.

mənbə :
anspress

Müellim şagirdi terefinden döyüldüyü iddia olunur