İçeriğe geçmek için "Enter"a basın

Bakıda kütləvi zəhərlənmə, 20 uşaq xəstəxanaya düşdü

22-10-2015

17:50 xeber – Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Sakinlərin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında qeydə alınıb. Belə ki, dünəndən başlayaraq bina sakinləri arasında zəhərlənmə halları müşahidə edilib. Ümumiikdə 70-ə yaxın adam zəhərlənib ki, onlardan da 20-dən çoxu uşaqdır. Zəhərlənənlərdən bəzilərinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Onların sözlərinə görə, binaya su verilən borular nasaz vəziyyətdədir. “Çirkab suları zirzəmidəki nasos vasitəsilə yenidən mənzillərə vurulub”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, hazırda xəstəxanada 15-ə yaxın adam var. Nazirlik onların sudan zəhərləndiyini təsdiqləyib. Xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur.

Məsələni diqqətdə saxlayırıq…

mənbə :
anspress

Bakıda kütlevi zeherlenme, 20 uşaq xestexanaya düşdü