İçeriğe geçmek için "Enter"a basın

Sergey Fabriçni: “'BMT-nin Azərbaycanla bağlı hesabatındakı tədbirlər AŞPA-nın hesabatında öz əksini tapmayıb”

30-01-2020

[r32]

30 Yanvar, 2020  21:28 xeber – BMT-nin hesabatında göstərilən Azərbaycanda insan hüquqları və demokratiya sahəsində görülən tədbirlər AŞPA-nın hesabatında öz əksini tapmayıb. 

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sergey Fabriçni qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.

Rusiyalı deputat qətnamənin Azərbaycanda aparılan islahatların öz əksini tapdığı paraqrafının əhəmiyyətli olduğunu qeyd edib. “Qətnamənin 9-cu paraqrafında aydın olur ki, assambleya Azərbaycanda aparılan islahatları, habelə məhkəmə və hüquq sistemində, islah orqanlarındakı islahatları yüksək qiymətləndirir. Bura 2017-ci ildə verilmiş qərarlar, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanları daxildir. Biz Azərbaycanda əhəmiyyətli tədbirlərin həyata keçirildiyini görürük”.

Lakin S.Fabriçniy qətnamədə Azərbaycanda insan hüquqları və azadlıqları, demokratiyanın inkişafı sahəsində həyata keçirilən islahatlara layiqli qiymətin verilmədiyini bildirib: “Fikrimcə, 2011-ci ildə qəbul edilmiş vətəndaşların hüquq və azadlıqlarının qorunması haqqında dövlət proqramına xüsusi fikir vermək lazımdır. 2014-cü ildə insan hüquqları üzrə milli işçi qrup yaradılıb. Bütün bu tədbirlər BMT-nin 2018-ci ilin sentyabr ayında keçirilən insan hüquqları üzrə 39-cu sessiyasında öz əksini tapıb. Mən bu məsələni yaxından araşdırmışam. BMT-nin insan hüquqları üzrə hesabatında göstərilir ki, əfvlə bağlı 9 sənəd imzalanıb. Ölkədə vəkillərin fəaliyyəti üçün müvafiq tədbirlərin görülməsi məqsədilə prezident 22 fevral 2018-ci ildə qərar verib”.

Rusiyalı deputat BMT-nin insan hüquqları üzrə sessiyasının gedişi zamanı Azərbaycanın demokratiya, insan hüqiqları və azadlıqları sahəsində həyata keçirdiyi tədbirlərin yüksək qiymətləndirildiyini AŞPA üzvlərinin diqqətinə çatdırıb.



mənbə :
Report.az

Sergey Fabricni: “’BMT-nin Azerbaycanla bagli hesabatindaki tedbirler ASPA-nin hesabatinda oz eksini tapmayib”