İçeriğe geçmek için "Enter"a basın

Daha bir ana ölümü - LƏNKƏRANDA

22-10-2015


22.10.2015 / 10:07 xeber –

Azərbaycanda daha bir ana ölümü qeydə alınıb.

 

APA-nın məlumatına görə, hadisə ötən gecə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Perinatal Mərkəzində qeydə alınıb. Lənkəran rayonunun Şağlaser kənd sakini, 1997-ci il təvəllüdlü Sənayə Nazim qızı Ağayeva doğuşdan sonra dünyasını dəyişib. Bu ananın ilk doğuşu olub. Dünyaya gəlmiş körpənin isə sağ olduğu bildirilir.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Perinatal Mərkəzində ana ölümünün səbəbləri barədə hələlik hər hansı bir açıqlama verilmir.

mənbə :
lent.az

Daha bir ana ölümü – LƏNKƏRANDA