İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda 17 yaşlı ana doğuşdan sağ çıxmadı

22-10-2015

10:07 xeber – Azərbaycanda daha bir ana doğuşda öldü. Hadisə Lənkəranda baş verib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Şağlasər kənd sakini,1998-ci il təvəllüdlü Sənayə Nazim qızı Ağayeva uşaq dünyaya gətirmək üçün bu gecə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. 17 yaşlı qadın təbii yolla uşaq dünyaya gətirib. Lakin doğumdan bir dəqiqə sonra ananın vəziyyəti ağırlaşıb. Şöbəyə reanimotoloq gəlib çatana qədər Sənayə Ağayeva dünyasını dəyişib.

Xəstəxanadan onu da bildirdilər ki, dünyaya gələn körpənin səhhəti tam normaldır.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Doğuş zamanı ən sonuncu ana ölümü oktyabr ayının 7-də Qazax rayonunda baş verib. Rayon sakini 1987-ci il təvəllüdlü Təranə Əsgərova qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra 28 yaşlı qadının vəziyyəti ağırlaşmağa başlayıb.

Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən qadın xəstəxanada 10 gün müayinə edilməsinə baxmayaraq paytaxt xəstəxanasında dünyasını dəyişib.

Ümumilikdə isə bu il başlayandan ona yaxın qadın doğuş zamanı ölüb.

mənbə :
anspress

Azerbaycanda 17 yaşlı ana doğuşdan sağ çıxmadı