16:33 xeber – Rusiyada məktəblinin ölümünə səbəb olan azərbaycanlıya hökm oxunub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 37 yaşlı Zahid Məməliyev azyaşlı məkətblini intihara təhrik etmədə ittiham edilir. Belə ki, o oğlu ilə dalaşan şagirdi hədələyib.
Məhkəmə qərarı ilə daha öncə Ramil adalandırılan şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli islah kolonyasında çəkəcək.
Xatırladaq ki, intihar hadisəsi ötən ilin 23 oktyabrında baş verib. Moskva şəhərinin Kuntsevo rayonundakı Rublevski küçəsi ev 81-də dördüncü sinif şagirdi Dimanın meyiti aşkarlanıb. Onun hündürlükdən düşdüyü müəyyən edilib.
Polis müəyyən edib ki, hadisədən bir gün əvvəll o paralele sinifdə oxuyan mahmud adlı uşaqla mübahisə edib. Mahmud isə baş verənlər barədə onu məktəbdən götürməyə gələn atasına danışıb. Valideyn dərhal müəllimlərə məlumat verib, onlar da bu məsələ ilə məşğul olacaqlarını deyiblər.
Lakin müəllimlərin reaksiyası Z.Maməliyevi qane etməyib. O, Dimanı iki dostunun yanında hədələyib. İddiaya görə, o uşağa etdiklərindən peşman olacağını deyib.
Bundan sonra uşaq iki yoldaşı ilə evlərinə gedib. Dostları mənzildən gedəndən sonra isə evdə yalnız qalan dördüncü sinif şagirdi eyvandan aşağı düşüb.
Hadisədən sonra uşağın ölümünün bədbəxt hal kimi dəyərləndiriblər. Lakin soradan araşdırmanı dərinləşdirən polis bu işdə əsas günahkar kimi onun həmyaşıdının atasını göstərib.
Azərbaycan vətəndaşı olan Z.Maməliyev Tula vilayətində qeydiyyatdadır.
Yerli mətbuatda yer alan məlumata görə, uşaqlar arasında mübahisə milli zəmində düşüb.
mənbə :
anspress