15:43 xeber – Çempionlar liqasının “F” qrupunda yer alan Londonun “Arsenal” klubu öz meydanında “Bayern”i qəbul edib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə oyun “Emireyts” stadionunda baş verib.
Oyunda hesab matçın 77-ci dəqiqəsində meydan sahibləri tərəfindən açılıb. Olivye Jiru Manuel Noyerin çıxışdakı səhfindən yararlanaraq “Arsenal”ı hesabda önə keçirib.
Matçın 90-cı dəqiqəsində Məsut Özil vurduğu qolla “Arsenal”ın “Bavariya” üzərində 2:0 qələbəsini rəsmiləşdirib.
“Arsenal” – “Bayern” oyunu
“F” qrupu çərçivəsində “Arsenal” klubu ötən tur öz meydanında “Olimpiakos”u qonağ edib. Həmin oyunda “Arsenal” klubu 2:3 hesabı ilə məğlub olub.
“Bayern” klubu isə ötən tur “Alyans Arena”da Zaqreb “Dinamo”sunu qəbul edib. Oyun “pivəçilərin” 5:0 hesablı qələbəsi ilə nəticələnib.
“F” qrupunun turnir cədvəli
mənbə :
anspress