14:50 xeber – Şəkidə 200 il əvvəl dəfn olunan və bəy nəslindən olan Hacı Abdurəhim adlı şəxsin qəbri dağıdılıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, rayonun Baş Göynük kənd sakinləri Məmməd İsmayılov və onun həmkəndlisi Çingiz Abdurrahmanov kəndin Duluz məhəlləsi adlanan ərazisində yerləşən qəbirstanlıqdakı qəbri dağıdaraq, qızıl axtarıblar. Hər iki kənd sakini elə iş başında yaxalanıb.
İstintaq bölməsinin rəisi Vüqar Ağayev ANS PRESS-ə bildirib ki, saxlanılan şəxslər həmin qəbirdə qızıl, zinyət əşyalarının olduğunu ehtimal ediblər. Saxlanılan şəxslərin sözlərinə görə, qəbir qədim kümbəz formasında olduğu üçün onların diqqətini cəlb edib. Onlar bu məzarlıqda məhz imkanlı şəxsin qızıl və digər qiymətli əşyalarla birgə dəfn olunduğunu güman ediblər. “Qəhrəman”lar məhz qəbirdən bu qiymətli əşyaları çıxarmaq yolu ilə maddi durumlarını yaxılaşdırmaq niyyətində olublar.
Həmin məzar 1827-ci ildə dəfn olunan Hacı Abdurəhim adlı dövrünün tanınmış din xadiminin qəbri olub.
mənbə :
anspress