İçeriğe geçmek için "Enter"a basın

ABŞ-dan Rusiyaya daha bir hede

22-02-2015


22.02.2015 / 06:58 xeber –

Vaşinqton və onun müttəfiqləri Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar Moskvaya qarşı əlavə sanksiyaların qəbul edilməsinin mümkünlüyünü müzakirə edirlər. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün ABŞ dövlət katibi Con Kerri britaniyalı həmkarı Filip Xemmondla görüşü zamanı bildirib.

 

“Biz əlavə sanksiyaları, əlavə səyləri müzakirə edirik. Mən əminəm ki, yaxın günlərdə hamıya aydın olacaq ki, biz Rusiya ilə oyun oynamaq və bu cəsarətsiz davranışın tərkib hissəsi olmaq  niyyətində deyilik”, deyə Kerri qeyd edib.

Mənbə : Lent.az

ABŞ-dan Rusiyaya daha bir hede