İçeriğe geçmek için "Enter"a basın

Fransada siyasətçi müsəlmanlarla bağlı fikrinə görə həbs oluna bilər

21-10-2015

04:51 xeber – Fransa Milli Cəbhəsinin lideri Marine Le Pen müsəlmanların küçədə ibadətini nasist işğalı ilə müqayisə etdiyi üçün məhkəmə qarşısına çıxıb.

O, 2010-cu ildə partiya rəhbərliyi uğrunda mübarizə apardığı zaman Lyon şəhərində keçirilmiş yürüş zamanı bu cür çıxış edib.
Onun miqrasiya və Avropa İttifaqı əleyhinə çıxışları Fransada böyük dəstək qazanmaqdadır. Marine Le Pen-in partiyası dekabr ayında keçiriləcək yerli seçkilərdə iki regionda qalib gələcəyinə ümid edir.

Xanım Le Pen çərşənbə axşamı keçirilən məhkəmənin önündə bildirib ki, o heç bir cinayət işləməyib və məhkəmənin keçirilmə tarixini sorğulayıb.
“Yerli seçkilərin keçirilməsinə bir ay qalıb və bu hadisə beş il bundan öncə baş verib,” – deyə Le Pen müxbirlərə bildirib.

Parisdə müsəlmanların küçədə ibadəti 2011-ci ildə qadağan edilib. Le Pen ictimai çıxışlarına görə istintaqa cəlb edilib və 2013-cü ildə Avropa Məhkəməsi tərəfindən toxunulmazlıq hüququndan məhrum edilib.

Təqsirli bilinərsə, onu 1 ilə qədər həbs və 45 min avro dəyərində cərimə gözləyir.

Fransa Müsəlmanları Şurası bildirib ki, onun çıxışı islamofobiya ab-havasını gücləndirib.

mənbə :
anspress

Fransada siyasetçi müselmanlarla bağlı fikrine göre hebs oluna biler