İçeriğe geçmek için "Enter"a basın

Nazir müavini: “Avtovağzalın qarşısındakı sürüşmənin fəsadları aradan qaldırılacaq”

20-10-2015


20.10.2015 / 18:36 xeber –

 

 

Bakı Avtovağzal kompleksinin qarşısındakı sürüşmə su sızması nəticəsində baş verib.

 

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

 

Nazir müavini bildirib ki, belə bir qənaətə mütəxəssislər gəlib.

 

M. Pənahovun sözlərinə görə, hazırda sürüşmənin yaratdığı fəsadları aradan qaldırmaq üçün müvafiq işlər görülür: "Qısa zamanda fəsadları aradan qaldırmaq mümkün olacaq".

 

Bundan başqa, nazir müavini qeyd edib ki, sürüşmənin baş verməsi həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinə təsir etməyib.

mənbə :
lent.az

Nazir müavini: “Avtovağzalın qarşısındakı sürüşmenin fesadları aradan qaldırılacaq”