18:21 xeber – “Osetin xalqı qardaş Rusiya ilə yenidən birləşməli və əsirlər boyu davam edəcək çiçəklənməni təmin etməlidir.”
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, tanınmamış Cənubi Osetiya respublikasnın prezidenti Leonid Tibilov bu sözləri Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla görüş zamanı deyib.
Qondarma Cənubi Osetiya respublikasının prezidenti Leonid Tibilov referendum yolu ilə birləşməni Osetin xalqının arzu etdiyini bildirib. Onun sözlərinə görə, Cənubi Osetiya əhalisi iki əsrdən çoxdur ki, Rusiya ilə birləşmək istəyir. Amma iki yüz il boyunca bu ideya gürcü şovinizmi və faşizmi tərəfindən əzilib.
“Bugünkü siyasi reallıqda biz öz tarixi seçimimizi edə bilərik. Bunun üçün referendumun keçirilməsi lazımdır. Əgər 1992-ci ildə Cənubi Osetiya sakinləri Rusiya ilə yenidən birləşməyə razılaşmışdılarsa, deməli bu dəfə keçiriləcək referendumda da eyni hal təkrarlana bilər”.
Leonid Tibilov – tanınmamış Cənubi Osetiya Respublikasnın prezidenti
Cənubi Osetiya münaqişəsi Qarabağ problemi ilə eyni taleyi yaşayır. Çünki uzun illərdir ki, Gürcüstan da Azərbaycan kimi BMT tərəfindən tanınmış torpalarının müəyyən hissəsinə nəzarət edə bilmir. Cənubi Osetiya rəhbərliyi 1990-cı ildən ölkənin müstəqiliyini elan edib.
Gürcüstan höküməti torpaqlarında nəzarəti bərpa etmək üçün Cənubi Osetiya ərazisinə müdaxilə edib. Bu Cənubi Osetiya müharibəsinə səbəb oldu. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqillik əldə etsə də, onun müstəqilliyi dünyanın əksər dövlətləri tərəfindən tanınmırdı.
İkinci Cənubi Osetiyaya – Gürcüstan müharibəsindən sonra bir neçə ölkə Cənubi Osetiyanın müstəqilliyini de-yuro tanıdı. Cənubi Osetiyanın müstəqilliyi BMT-nın dörd üzvü – Rusiya, Venesuela , Nikaraqua , Nauru dövlətləri tərəfindən tanınıb. 2008-ci ilə Rusiya – Gürcüstan müharibəsi nəticəsində minlərlə gürcü Osetiya ərazisindən köçərək, Gürcüstan ərazisinə keçiblər.
Cənubi Osetiya (çəhrayi rənglə işarələnib)
Qarabağla eyni taleyi yaşayan Cənubi Osetiya Qafqazda dondurulmuş münaqişələr sırasına daxildir. Qondarma respublika prezidentinin bu açıqlamasından görsənir ki, Rusiyanın Krım yarmadasında təşkil etdiyi referendom planını Gürcüstanın Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmış sərhədləri daxilində həyata keçirdirmək istəyir. Rusiya höküməti 2014-cü ildə Krımda referendom keçirməklə Ukraynanın ərazisini ilhaq edib. Qərb ölkələri isə Rusiyanın bu addımından sonra on sanksiyalar tətbiq etməklə geri çəkilməyə məcbur etmək istəyir. Amma Leonid Tibilovun bu açıqlaması Qərbin sanksiyalarının Rusiyaya heç bir təsir etmədiyini ortaya qoyur.
Qafqazda münaqişə ocaqları və Krım yarımadası
Regionda baş verən bütün dəyişikliklər Azərbaycanada təsirsiz ötüşməyə bilməz. Gürcüstanın nəzarətindən çıxan torpaqların yaxınlığından Azərbaycanın enerji layihələrindən biri olan Bakı-Supsa kəməri keçir. Hətta bir müddət əvvəl Rusiya hərbiçilərinin kəmərə yüzlərlə metr yaxınlaşdıqları barədə məlumat yayılmışdı. Bununla bağlı Gürcüstan höküməti və əhalisi tərəfindən etriazlar təşkil edildi.
Əllərində Gürcüstan və NATO bayraqları tutan etirazçılar beynəlxalq neft kəmərinin keçdiyi əraziyə yaxınlaşaraq “İşğala son qoyulsun” plakatını qaldırıblar. Yeni sərhəd Gürcüstan paytaxtına aparan əsas magistral yoldan yalnız 500 kilometr aralıdadır.
mənbə :
anspress