
  20.10.2015 / 18:19 xeber – 
"Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq".
"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
"Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq", – deyə nazir müavini bildirib.
M. Pənahov "işsiz qalanlar olacaqmı" sualına bu cür cavab verib: "Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq".
 mənbə : 
lent.az