20.10.2015 / 17:42 xeber –
Milli Məclis Bakı və Gəncə Apelyasiya Məhkəmələrinə hakimlərin təyin edilməsi haqqında qərar qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezidentin təqdimatına əsasən oktyabrın 26-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib:
Cəfərov Namiq Şamil oğlu,
Hacıyev Sənan Firudin oğlu,
Hüseynov Abiddin Qabil oğlu.
Oktyabrın 26-da səlahiyyət müddəti bitən Azər Vahid oğlu Bayramov isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
mənbə :
lent.az