İçeriğe geçmek için "Enter"a basın

Prezident İranın Şərqi Azərbaycan vilayətinin valisini qəbul edib

20-10-2015


20.10.2015 / 15:46 xeber –

Prezident İlham Əliyev İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan prezident İlham Əliyev səfərin qonaqların ölkəmizlə bir daha yaxından tanış olmaları üçün də yaxşı fürsət yaradacağını qeyd edib. Əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ölkələrimizin bütün sahələrdə dostluq və qardaşlıq prinsipləri əsasında birgə fəaliyyət göstərmələrinin önəmini vurğulayıb.

Həyata keçirilən bir çox müştərək layihələrə, o cümlədən İran-Azərbaycan dəmir yolu layihəsinə toxunan Prezident İlham Əliyev bu layihələrin regional əhəmiyyətini yüksək qiymətləndirib.

İsmayıl Cabbarzadə Heydər Əliyevin dövründə Naxçıvanla çox yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişafının təməlinin məhz o zamanlar Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.

 

mənbə :
lent.az

Prezident İranın Şerqi Azerbaycan vilayetinin valisini qebul edib