İçeriğe geçmek için "Enter"a basın

Qalmaqallı Lamiyə Quliyevanın keçmiş nişanlısı aclığa başladı- FOTO

20-10-2015

11:57 xeber – Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu Lamiyə Quliyeva ilə birlikdə qətlə yetirməkdə ittiham olunan və ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev aclıq aksiyasına başlayıb.

Bunu ANS PRESS-ə açıqlamasında məhkumun həyat yoldaşı Aynurə Məhəmməd qızı Əliyeva deyib.

Onun sözlərinə görə, əri oktyabr ayının 3-dən aclıq keçirir və hazırda 18 gündürki acdır. O, bu aksiyanı saxlandığı Qobustan Qapalı Həbsxanasında davam etdirir.

Onun sözlərinə görə, həyat yoldaşının aclığa başlamasına səbəb barəsində ağır cəza təyin edilməsi və Ali Məhkəmənin onun şikayətinə baxmamasıdır:

“Həyat yoldaşım artıq 13 ildir həbsdədir və o deyir ki, günahsız yerə ona ömürlük cəza verilib. İstintaqla cinayəti sübuta yetirilən Lamiyə Quliyevanın isə uşaq dünyaya gətirdiyi və məsələ ictimailəşdirildiyi üçün azadlığa buraxılması də yoldaşıma qarşı edilən haqsızlıqdır. Hazırda Vüqarın tək istəyi məhkəmənin yenidən keçirilməsi və ədalətli qərar verilməsidir. O, məhkəmənin onun işinə baxacağı vaxta qədər aclığı davam etdirməkdə israrlıdır”,-deyə Aynurə Əliyeva bildirdi.


Vüqar Əliyev- ömürlük həbs cəzası alan məhkum

Həyat yoldaşı onun səhhətində problemlər olduğunu, aclıq keçirdiyi müddətdə həkim nəzarətində saxlanmadığını, və onun aclıq aksiyası keçirməsi ilə bağlı istintaq təcridxanasının maraqlanmadığını deyir.

Aynurə Əliyeva və Vüqar Əliyev 2011-ci il sentyabr ayının 27-də Vüqar əliyevin saxlandığı istintaq təcridxanasında evləniblər.

Penitensiar Xidmətin mətbuat xidmətindən isə məsələ ilə bağlı ANS PRESS-ə bildirdilər ki, Vüqar Əliyevin açlıq aksiyası keçirməsi yalan məlumatdır. O, hazırda digər məhkumlar kimi yeyir və heç bir problem də yoxdur.

V.Əliyev və onun keçmiş nişanlısı Lamiyə Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Quliyeva qətl törətdiyinə görə aldığı 10 il həbs cəzasını çəkib qurtarandan sonra onun barəsində cinayət məcələsinin 317-ci cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma maddəsi ilə əlavə cinayət işi başlanaraq cəzası 5 il 6 ay artırılmışdı.

20 fevral 2015-tarixində Bakı Apellyasiya Məhkəməsində Lamiyə Quliyevanın cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest təmin edilərək Lamiyə körpəsi ilə birgə azadlığına qovuşub.


Lamiyə körpəsi ilə birgə

Lamiyə Quliyevanın azadlığa çıxdığını göstərən video

mənbə :
anspress

Qalmaqallı Lamiye Quliyevanın keçmiş nişanlısı aclığa başladı- FOTO