İçeriğe geçmek için "Enter"a basın

Rusiya üzr istəməyə məcbur oldu

20-10-2015

10:56 xeber – Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) bu gün Fransa səfirindən üzr istəyib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə əsasən, Dövlət Dumasının Spikeri Serqey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyətini aparan təyyarə ilə bağlı insidentə görə Fransa səfiri Jan Moris Riperdən izahat tələb edilib. Lakin sonradan məlum olub ki, Fransanın burada heç bir günahı olmayıb.


Serqey Narışkin – Dövlət Dumasının Spikeri

“Biz cənab Sergey Narışkinin rəhbərliyi ilə forumda iştirak etmək üçün İsveçrəyə uçurduq. İçərisində parlamentin nümayəndə heyəti də olan təyyarənin ekipaj üzvləri məlumat yayıblar ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə təhlükəli yaxınlaşma olub. Biz səfirliklə əlaqə saxladıq, Fransanın Rusiyadakı səfiri XİN-ə çağırıldı”, – deyə Zaxarova bildirib.


Mariya Zaxarova – Rusiya XİN-in rəsmi nümayəndəsi

Onun sözlərinə görə, Fransa tərəfi informasiyanı yoxladıqdan sonra məlumat verib ki, Rusiya təyyarəsinə yaxınlaşan Fransanın yox, İsveçrənin qırıcısı olub.

Bundan sonra Rusiya İsveçrə və Fransadan vəziyyət üzrə ətraflı izahları verməyi xahiş edib.

İsveçrə, öz növbəsində, qeyd edib ki, bu təyyarələr İsveçrəyə məxsus idi. Bu İsveçrədə qəbul edilmiş standart prosedur idi. Bunda qeyri-adi heç nə yoxdur. Sadəcə Müdafiə Nazirliyi F/ A-18 hərbi təyyarəsini sınaqdan keçirtmək üçün yoxlayırmış, həmin vaxt hava məkanında Narışkinin təyyarəsi də olub.

Daha sonra İsveçrə idmanı və əhlisinin müdafiəsi federal departamentinin nümayəndəsi Piter Minder bildirib ki, yaxınlaşma standart prosedur çərçivəsində olub. Sadəcə, İsveçrə təyyarəsi Rusiya laynerinin nömrələrini yoxlayıb. İsveçrədə bir il ərzində yüzlərlə belə yoxlama həyata keçirilir, burada hətlükəli heç nə yoxdur.


Piter Minder – İsveçrə idmanı və əhlisinin müdafiəsi federal departamentinin nümayəndəsi

Daha sonra İsveçrə idman və əhlisinin müdafiəsi federal departamentinin nümayəndəsi Piter Minder bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi Fransanı ittiham etməkdə səhvə yol verib.

“Bu açıqlamadan sonra diplomatik kanallar vasitəsi ilə Fransa tərəfinə üzrxahlıq edilib və Rusiya XİN-i məsələni artıq İsveçrə tərəfi ilə araşdırmağa başlayıb. Hazırda İsveçrədən rəsmi cavab gözləyirik”, – deyə Zaxarova əlavə edib.

mənbə :
anspress

Rusiya üzr istemeye mecbur oldu