İçeriğe geçmek için "Enter"a basın

Qalmaqallı aktrisadan gözlənilməz qərar - FOTO

20-10-2015

10:25 xeber – Amerikalı aktrisa Lindsi Lohan 2020-ci ildə baş tutacaq prezident seçkilərində namizəd olmaq istədiyini açıqlayıb.

ANSPRESS-in məlumatına görə, tez-tez qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Lindsi Lohan indi də prezident olmaq iddiasındadır. Bu günlərdə öz “İnstagram” hesabında paylaşdığı fotoya şərh olaraq 2020-ci ildə ABŞ prezidenti olmaq istədiyini yazan Lohan yenidən müzakirə mövzusuna çevrilib.

Aktrisa hətta prezident olmaqda əsas məqsədini belə açıqlayıb. O, dünyada əzab çəkən uşaqlara yardım etmək məqsədilə ölkə başçısı olmağı arzuladığını bildirib.


Lindsi Lohanın “İnstaqram”daki paylaşdığı şəkil

Aktrisanın izləyiciləri onun bu açıqlamasına fərqli münasibət bəsləyiblər. Belə ki, çoxlarının qeyri-ciddi qarşıladığı bu xəbərə şübhə ilə yanaşanlar üstünlük təşkil edir. İzləyicilər 2020-ci ildə 34 yaşı tamam olacaq Lohanın namizəd ola bilməyəcəyini də yazıblar. Çünki ABŞ Konstitusiyasına görə, yaşı 35-i keçmiş şəxslər prezident ola bilər.

Lohan 2020-ci ildə prezident seçkilərinə qatılmaq istəyən yeganə tanınmış deyil. Ondan başqa, amerikalı repçi Kanye Uest də prezident olmaq iddiasındadır.


Kanye Uest – repçi

mənbə :
anspress

Qalmaqallı aktrisadan gözlenilmez qerar – FOTO