İçeriğe geçmek için "Enter"a basın

MTN-nin daha bir yüksək vəzifəli generalı həbs olunub – İddia

19-10-2015

operasyon-haber
Oktyabrın 18-də saat 18:00 radələrində Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyev və onun müavini polkovnik Tehran Babatov həbs edilib.

Azadliq.az-ın elektron poçtuna bu barədə məlumat daxil olub. Məlumata görə, onların xidməti iş otaqlarında aparılmış axtarış tədbirləri zamanı şəxsi seyflərindən 3.000.000 (üç milyon) dollar məbləğində rüşvətlə yığılmış pul aşkarlanıb. Hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində saxlanılırlar.

Məlumatı Azadlıq.az-a verən mənbə qeyd edir ki, general-mayor Əlimusa Əliyev əslən Yardımlı rayonundandır. Ə.Əliyevin həyat yoldaşı Tovuz rayonundandır. Oliqarx sayılır, onun Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində geniş biznes şəbəkəsi var.

İnformasiya ilə bağlı rəsmi məlumatı dərc etməyə hazırıq.

MTN-nin daha bir yüksək vəzifəli generalı həbs olunub – İddia