19.10.2015 / 21:37 xeber –
Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan şəxs yoxa çıxıb.
Ağcabədi rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun itkin düşməsi barədə, ailəsi rayon məlumat verilib. 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də səhər saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Bu arada Ağcabədi rayonunda daha bir nəfərin itkin düşdüyü məlum olub. APA-nın Qarabağ müxbiri xəbər verir ki, 2015-ci il, mayın 27-də Ağcabədidə “Kolxoz bazarı ” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan digər şəxs, 1975-ci il təvəllüdlü Vüqar Hümbətov itkin düşüb.
V. Hümbətovun itkin düşdüyü vaxt üzərində olan pulun miqdarı məlum olmasa da, Valeh İsmayılov evdən çıxanda üzərində 3000 manatadək pul olduğu bildirilir.
Ağcabədi rayon Polis Şöbəsi hər iki şəxsin axtarışını davam etdirir.
mənbə :
lent.az