İçeriğe geçmek için "Enter"a basın

Benilüks ANS-in müdafiəsinə qalxdı

19-10-2015

09:37 xeber – Son zamanlar ANS TV kanalına qarşı baş verən müxtəlif həmlələr və kampaniya xarakterli hücumlar Benilüks Azerbaycanlılar Konqresində narahatçılıq doğurur.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə “www.interpress.az” saytında Benilüks Azərbaycanlılar Konqresinin İdarə Heyətinin ANS-lə bağlı məktubu dərc olunub.

ANS PRESS həmin məktubu oxucularına təqdim edir. (İlkin yazı üslubu və orfoqrafiya saxlanılıb)

“Benilüks: Belçika, Niderland və Lüksemburq ölkələrində fəaliyyət göstərən bir qurum olaraq Konqres ANS kanalının ve onun rəhbərliyinin bu ölkələrdəki çeşidli və sistematik fəaliyyətinin daimi şahididir.

Qeyd etmək lazımdır ki, ANS kanalı vətənpərvər, milli ruha və milli düşüncəyə malik bir TV kanalıdır, bu kanaldan çoxlarının öyrənəcəyi şeylər var…

2006-cı ildən başlayaraq ANS əməkdaşları Benilüksda fəaliyyət göstərən təşkilatlar ilə birlikdə Brüsseldə Avropa Parlamenti qarşısında Qarabağ və Xocalı ilə əlaqədar dəfələrlə aksiyalarda iştirak edir və bu kadrları bütün dünyaya yayırlar.

ANS prezidenti Vahid Mustafa Yevin çəkdiyi : “Yaddaş” , “Xoca” filmləri Niderlandın və Belçikanın müxtəlif şəhərlərində avropalılara Qarabağ münaqişəsinin əsl mahiyyətini göstərmək üçün dəfələrlə nümayiş olunmuşdur.

Sadəcə 2014-2015-ci illərdə “Xoca” filmi Niderlandın 21 şəhərində göstərilmişdir.

Brüsseldə film çox sayda izləyici toplamışdır.

Rotterdam şəhərinin “Podium” kinoteatrında hollandiyalılar oturacaqlar dolu olduğundan bu filmi ayaqüstə izləmişdilər.

“Xoca” filminin hansi şərtlər altında ərsəyə gəldiyini də yaxşı xatırlayırıq.

Filmin soyuq və şaxtalı havada çəkilməsi üçün kiçik bir cihaza ehtiyac var idi və o cihazı sadəcə Niderlandın Hilversum şəhərindəki kinostudiyasından tapmaq mümkün idi.

ANS gecə saatlarında konqresimizin mənzil qərargahı və o zaman Azərbaycanın Haaqadakı
səfiri Fuad İsgəndərovla əlaqə saxlamışdı. Xocalı soyqırımının 20 illiyinə az vaxt qalırdı və səfirlik əməkdaşları ilə birlikdə çox çətinliklər bahasına o cihaz tapılıb tecili təyyarə ilə Bakıya göndərildi. O zaman ANS kanalının və onun rəhbərliyinin nə qədər həyəcan keçirdiyini, hansı çətinliklərə sinə gərdiyini görmüş və qürur hissi duymuşduq.

Bu gün ANS-ə verilən qiymət budurmu? Bu kanal nədə və nə üçün ittiham olunur?

Azərbaycan həqiqətlərini, düşmənin mənfur üzünü və riyakarlığını dünyaya yaydığına görəmi bu cəzalar?

Benilüks Azərbaycanlılar Konqresinin İdarə heyəti.”

mənbə :
anspress

Benilüks ANS-in müdafiesine qalxdı