İçeriğe geçmek için "Enter"a basın

Tanınmış türk müğənni 7-ci mərtəbədən yıxılıb öldü

19-10-2015

01:49 xeber – Türkiyənin məşhur müğənnisi, Ankaralı Namiq adıyla tanınan Namiq Uğurlu yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Azadlıq.az xəbər verir ki, anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə paytaxt Ankaranın Keçiören rayonunun Şenyuva məhəlləsində yerli vaxtla saat 21.30-da (Bakı vaxtıyla 23.30) baş verib.

Bildirilir ki, Namiq Uğurlu qaynanası və uşaqları ilə evdə oturarkən təmiz hava almaq üçün eyvana çıxıb. Bu vaxt müğənni naməlum səbəbdən 7-ci mərtəbədəki eyvandan yerə yıxılıb. Uğurlu ağır yaralı vəziyyətdə “Yıldırım Beyazıt” təlim və araşdırma xəstəxanasına çatdırılıb. Burda həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq məşhur sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

Müğənni son günlər maddi sıxıntılar yaşadığından hadisənin intihar, yoxsa qəza olduğu araşdırılır.

mənbə :
anspress

Tanınmış türk müğenni 7-ci mertebeden yıxılıb öldü