19:42 xeber – “Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası” günü ərəfəsində Moskvada gənclər arasında maraqlı bir müsabiqə təşkil edilib.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, rus və azərbaycanlı gənclər dövlət müstəqilliyimiz və Heydər Əliyevə həsr olunan yazılı müsabiqədə yarışıblar. Müsabiqə qalibləri mükafatlandırıldı.
Moskvanın 1583 saylı Kərim Kərimov adına gimnaziyasında keçirilən mükafatlandırma mərasiminə Heydər Əliyev müsabiqəsinin iştirakçıları, şagirdlər, diaspor təmsilçiləri və Heydər Əliyevlə Moskvada birlikdə çalışmış iş yoldaşları iştirak edirdi.
Rusiya Azərbaycan Slavyan Gənclər Asossasiyasının Rusiya təmsilçiliyi tərəfindən təşkil edilən müsabiqənin qaliblərinin mükafatlandırılmasıyla başlayan mərasimdə Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın Müstəqillik Günü və ölkəmizin inkişafı barədə qonaqlara ətraflı məlumat verildi. Gimnaziya şagirdləri isə Heydər Əliyevə həsr olunan şerlər dedilər.
Müsabiqə qalibi İrina Xorkova fikirləşir ki, Heydər Əliyev ölkəsində çox sevilən bir liderdir:
“O, öz xalqını arxasınca aparmağı və dövlət müstəqilliyini gücləndirməyi bacardı. Bu böyük və maraqlı insan haqqında daha çox məlumat öyrənmək və müsabiqədə iştirak etməyə qərar verdim. Qalib gəldiyim üçün çox sevincliyəm”.
Digər müsabiqə təşkilatçısı Toğrul Allahverdili isə məqsədinin Heydər Əliyev irsini və onun Rusiya ilə Azərbaycan arasında olan xidmətlərini rusiyalı və burda təhsil alan azərbaycanlı gənclərə aşılamaq və hər iki xalq arasındakı dostluğa öz töhfələrini verməkdən ibarət olub.
Konsert proqramı ilə davam edən tədbirdə gimnaziya tələbələrinin Azərbaycan rəqsləri və digər musiqi ifaları da qonaqların rəğbətiylə qarşılandı.
mənbə :
anspress