İçeriğe geçmek için "Enter"a basın

Tehran azad olunur

18-10-2015

10:15 xeber – Avropa İttifaqı Tehran üzərindən sanksiyaların qaldırılmasını elan etməyə hazırlaşır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, oktyabrın 19-da sənədin icrası ilə bağlı “altılıq” ölkələrinin və İranın birgə komissiyasının birinci iclası keçiriləcək.

İranın Nüvə enerjisi üzrə təşkilatının sədri Əli Əkbər Salehinin sözlərinə görə, saziş həmin gün İran və Avropa İttifaqı nümayəndələri tərəfindən ratifikasiya olunacaq. “Aİ və İran nümayəndələri bazar ertəsi Vyanada birgə tədbirlər planını ratifikasiya etdikdən sonra Avropa İttifaqı oktyabrın 19-da rəsmi olaraq İrana qarşı iqtisadi sanksiyaların ləğv edildiyini elan edəcək”, deyə Salehi qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda ABŞ da İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini ləğv edəcək, digər hissəsinin isə tətbiqini dayandıracaq.


Əli Əkbər Salehi – İranın Nüvə enerjisi üzrə təşkilatının sədri

Oktyabrın 13-ü İran parlamenti Tehranın nüvə proqramına dair “altılıq” ölkələrinin əldə etdiyi razılaşmanı təstiq edib.
Nüvə danışıqları bu ilin iyulunda Avstriyanın paytaxtı Vyanada razılaşdırılıb. Əldə olunan sənədə əsasən İran oktyabrın 15-ə gədər MAQATE ilə nüvə proqramına dair bütün sualları aydınlaşdırmalı idi. Bunnan əlavə razılaşmaya əsasən Fordoda yerləşən zavodu texnoloji mərkəzə çevrilməli, Arakda ki reaktorda isə yenidən qurma işləri aparıldığdan sonra burada uranın zənginləşdirilməsi dayandırılmalıdır.

Bunun müqabilində “altılıq” ölkələri İranın qarşılıqlı ticarət, həmçinin texnoloji, maliyyə və energetika mənbələrindən istifadəsini təmin etməlidirlər.

Razılaşma həmçinin BMT-nin Təhlükəsisizlik Şurasının Tehranın nüvə proqramına dair qəbul etdiyi sanksiyaların ləğvini də nəzərdə tutur. Lakin BMT-nin İrana qarşı tətbiq etdiyi silah embarqosu hələ 5 il müddətində qüvvədə qalacaq.
Sanksiyaların ləğvi haqda qərar 2015-ci ilin sonunda, MAQATE-nin İranın razılaşmanın bütün şərtlərinə əməl etdiyini təstiqləməsindən sonra qüvvəyə minəcək.


Tehranın nüvə proqramına dair danışıqlar.

İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması sözsüz ki, dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyəcək. Bir sıra proqnozlara görə, nəhəng neft ixracatçısının sanksiyalardan azad olunması “qara qızılın” qiymətini aşağı salacaq. Dünya Bankının proqnozu hətda 2016-cı ildə neftin bir barrelinin 10 dollara gədər ucuzlaşacağını vəd edir. Bank mütəxəsislərinin fikirincə, İranın xammal bazarına qayıtması neft hasilatının həcminin sutka ərzində 1 milyon barrel artmasına səbəb olacaq ki, bu da öz növbəsində qiymətə təsir göstərəcək. Dünya Bankında hesab edirlər ki, yeni xammalın axını dünya bazarında qiymətləri 14% aşağı salacaq.

İran üzərindən sanksiyaların aradan qaldırılmasının Azərbaycana necə təsir edəcəyinə gəldikdə isə, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, bu proses ölkəmizə mənfi təsir göstərməyək.

Onun sözlərinə görə İranın hal-hazırda əsas məqsədi yaxın 5 ildə qaz hasilatnı minimum hədd olaraq 220 milyard kub metrə çatdırmaqdır.

“İndiki dövrdə İran 165 milyard kub metr qaz hasil edir. Lakin qonşu ölkənin hədəfi qaz hasilatını artırmaqdır. Hətta İran 220 milyard kub metr qaz hasil edəndən sonra bu rəqəmi də təxminən iki dəfə artırmaq niyyətindədir. Yekun olaraq İran gündəlik qaz hasilatını 1 milyard kub metrə çatdırmaq istəyir”, – deyən İlham Şaban hər bir halda İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinin Azərbaycana heç bir təsir etməyəcəyini qeyd edib.


İlham Şaban – Neft Araşdırmalar Mərkəzinin rəhbəri

İran dünyanın ikinci ən böyük qaz yatağına və kifayət qədər neft ehtiyatına malikdir. Lakin nüvə proqramının inkişaf etdirilməsinin qarşısını almaq üçün beynəlxalq təşkilatlar və ölkələrin İrana qarşı tətbiq etdiyi sanksiyalar ölkədə neft və qaz istehsalına mənfi təsir göstərib. Belə ki, 2011-ci ilin yanvarında İranda gündəlik neft istehsalı 4,2 milyon barrel olduğu halda 2012-ci ilin yanvar ayında həmin göstərici 4 milyon barrelə düşmüşdü. Məhz həmin dövrdə ABŞ İranın Mərkəzi bankına qarşı sanksiyalar tətbiq edib. 2013-cü ilin sentyabr ayında Avropa Birliyi İranın neft sektorunun müxtəlif sahələrinə qadağa və sanksiyalar tətbiq edəndən sonra ölkənin neft istehsalı 3,2 milyon barrelə qədər düşüb.


Sanksiyalar tətbiq edilən vaxtdan İranın neft və digər yanacaq istehsalı və istehlakı göstəriciləri

mənbə :
anspress

Tehran azad olunur