İçeriğe geçmek için "Enter"a basın

Cəbhədə erməni mövqeləri belə bombalandı

18-10-2015

06:18 xeber – İnternetdə Azərbaycan ordusunun erməni işğalçı qüvvələrinin təmas xəttinin taktiki dərinliklərində yerləşən hədəflərinə dəqiq artilleriya zərbələrinin görüntüləri yayılıb.

Təxminən yarım dəqiqəlik görüntülərin Azərbaycanın kosmik peykindən çəkildiyi təxmin edilir.

Kadrlardan görünür ki, Ermənistan işğalçı qüvvələrinin təlim poliqonu, yaxud kazarmaları yerləşən nöqtələrə eyni vaxtda bir neçə dəqiq artilleriya zərbələri endirilir.

Həmin görüntüləri təqdim edirik:

Son vaxtlar cəbhə xəttində Ermənistan ordusu tez-tez təxribatlar törətməyə çalışır. Lakin Azərbaycan əsgərinin sayıqlığı nəticəsində bunun qarşısı alınır.

Bu ilin fevralın 28-də işğal olunmuş Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Kadrlardan görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeyindən eyni anda açılan atəş nəticəsində qarşı tərəfdə işğalçı ordunun hərəkət edən 2 hərbçisi öldürülür.

Qeyd edək ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, fevralın 28-də saat 14:25-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi – 1995-ci il təvəllüdlü Ayk Baroyan və 1979-cu il təvəllüdlü Artak Aqekyan Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ölüblər.

Bu ilin martın 19-da cəbhədə baş vermiş döyüşdə müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək erməni hərbi qulluqçusunu məhv edib və yaralayıb. Görüntülərdə erməni dəstələrinin cəbhənin bir neçə istiqamətdə təxribata cəhd etməsi əksini tapıb. Erməni hərbçilərinin hərəkət trayektoriyası müəyyən edilərək, düşmənə sarsıdıcı zərbə vurulub.

Erməni tərəfi 3 əsgərini öldüyünü, 4-nün isə yaralandığı təsdiqləyib. Yaralıların vəziyyəti ağır olduğundan İrəvana hospitala aparılıb. Ermənistan Silahlı Qüvvələrinin Mərkəzi Hospitalın baş həkimi Aram Asaturyan erməni mətbuatına bildirib ki, əsgərlərdən biri qarın nahiyəsindən yara alıb, digərinin əli amputasiya olunub.

Müdafiə naziri Zakir Həsənov düşmənin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlarla əlaqədar bildirib ki, özgə torpağına soxulan düşmənin sağ-salamat qalmasının yeganə yolu, işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.

mənbə :
anspress

Cebhede ermeni mövqeleri bele bombalandı