23:10 xeber – Macarıstan
Xorvatiya ilə sərhədlərini bağlayandan sonra miqrantlar Xorvatiya-Sloveniya sərhədində görünməyə başlayıblar.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Sloveniya polisi xəbər verib.
Bu gün miqrantlarla dolu bir neçə avtobus sərhəddə yaxınlaşıb. Sloveniya rəsmiləri bildirib ki, Balkanlardan Qərbi Avropaya miqrant axını azalıb. Macarıstan Avropaya miqrant axının qarşısını almaq üçün Xorvatiya ilə sərhədini bağlayıb. Oktyabrın 16-da Avropa Birliyi və Türkiyə Brüsseldə keçirilən sammitdə miqrant axının qarşısını alan ilkin planla bağlı razılığa gəliblər. Planda 2,5 milyon qaçqının qəbulu üçün Türkiyəyə maliyyə və digər yardımlar gözdən keçirilib.
Miqrantların çoxu Almaniyaya çatmağa çalışır.
«Amnesty International» bu planı tənqid edib, AB-ni miqrantların qanuni yolla Avropaya keçməsi üçün addımlar atılmasına çağırıb. Miqrantların çoxu Suriya, Əfqanıstan və Afrikadandır.
Angela Merkel
Miqrant böhranından çıxış yolu Avropa Birliyi ölkələrinin rəhbərlikləri arasında ziddiyyətli mövzuya çevrilib. Almaniya qaçqınlara sərhədini açdığı halda, Macarıstan əksinə onların qarşısını almaq üçün Serbiya ilə sərhəddə tikanlı məftillər qurur. Almaniyanın kansleri Angela Merkel isə Avropa Parlamentində etdiyi çıxışda qaçqın və miqrant axının qarşısını almaq üçün Avropanın özünü ətraf dünyadan təcrid etməsinin düzgün olmadığını dilə gətirib:
“Başa düşməliyik ki, insanların sərhədlərimizdə əziyyət çəkdiyi bir vaxtda Avropa sərhədlərini tamamilə bağlasaq belə bu, heç bir tərəfə xeyir gətirməyəcək. İnternet erasında ölkə sərhədini tam bağlamaq və hasarlamaq illüziyadan başqa bir şey deyil. Bununla problemi çözmək mümkün olmayacaq”. Merkel əlavə edib ki, mütləq qapanma olsa belə, qaçqınlar Avropaya dolayı yolla daxil olmağın yolunu tapacaq.
Almaniyaya miqrant yolu xəritədə
mənbə :
anspress