11:20 xeber – Çinli aktrisa Anjela Beybi təbii gözəl olduğunu sübut etmək məcburiyyətində qalıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, klinikalardan biri bəyan edib ki, aktrisa gözəl olmaq üçün üzündə plastik əməliyyat aparıb. Aktrisa isə bu söz-söhbətlərə son qoymaq üçün klinikanı məhkəməyə verib. Anjela tibb işçilərinin, hüquqşünasların və jurnalistlərin yanında üzünü rentqen edib və bir neçə testlərdən keçib.
Yekunda plastik cərrahlar aktrisanın təbii gözəl olduğunu təsdiq ediblər. Əsl adı Yan Vin olan Anjela Beybi klinikadan 79 min dollar kompensasiya tələb edib.
Bütün bu fikirlər isə aktrisanın həyat yoldaşı Xuan Saominin açıqlamasından sonra yaranıb. Çünki o, həyat yoldaşının heç də həmişə gözəl görünmədiyini deyib.
Xuan Saomin-Anjela Beybinin həyat yoldaşı
26 yaşlı aktrisa Honkonqda hər zaman gözəl simasına görə müzakirə obyekti olub. Aktrisa bildirib ki, onun bu gözəlliyi ona alman əsilli babasından keçib.
Anjela Beybi
mənbə :
anspress