11:00 xeber – Cüdo izrə yığmamız Fransanın paytaxtı Parisə yollanacaq.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə Parisdə yığmamız 8 çəki dərəcəsində 11 tatami ustası ilə təmsil olunacaq.
Orta və orta ağır çəki dərəcələrində İlqar Müşkiyev, Nicat Şıxəlizadə, Tərlan Kərimov və Rüstəm Orucovdan gözləntimiz ilk növbədə uğurlu nəticədir.
Avropa çempionatının qalibi 66 kq çəkidə yarışan Nicat Şıxəlizadə oktyabr ayı hərbçilərin dünya oyunlarında bürünc medal qazanıb. Qazaxıstanlı və cənubi koreyalı rəqiblərini yolundan kənarlaşdıran Şıxəlizadə medal uğrunda əlcəzairli Bilal Lunauçi üzərində qələbə qazanıb.
Ağır və ən ağır çəki dərəcələrində isə Ramin Qurbanov, Elmar Qasımov, Elxan Məmmədov və Uşanq Kokauri tatami üzərində çətin rəqabətə sinə gələcəklər.
Parisdə keçirilən “Böyük dəbilqə” seriyalı turnir 17 və 18 oktyabr tarixlərində keçiriləcək.
Elmar Qasımov – cüdoçu
mənbə :
anspress