00:35 xeber – Rusiya IŞID terror qruplaşması ilə mübarizə aparmaq üçün Suriyada hərbi baza tikməyi planlaşdırır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu vahid bazada hərbi-hava, dəniz və quru qoşunlarından ibarət bir neçə hissə yerləşəcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəsinin müavini general polkovnik Andrey Kartapolov bildirib. O həmçinin qeyd edib ki, Rusiyanın Aralıq dənizindəki hərbi-dəniz qüvvələrindən Suriyadakı obyektlərin vurulmasında istifadə oluna bilər. Kartapolov qeyd edib ki, Rusiyanın hesablamalarına görə hazırda Suriya və İraqda 40-50 min arası IŞID terror qruplaşmasının döyüşçüsü var.
Andrey Kartapolov
Kartapolov qeyd edib ki, Rusiya Suriyada heç bir mötədil müxalifət görmür. Onun sözlərinə görə, Rusiya ordusu indiyədək Suriyada 380 obyektə qarşı 600 missiya həyata keçirib. Rusiya Suriya münaqişəsində prezident Bəşər Əsəd rejiminin, ABŞ və onun müttəfiqləri isə Əsədə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır. Hazırda Rusiya Suriyanın şimal-qərbində yerləşən Latakiya şəhəri yaxınlığında yerləşən hərbi təyyarə bazasından istifadə edir.
Daha öncə Rusiya Federasiya Şurası Suriya ərazisində Rusiyaya məxsus Hərbi Hava Qüvvələrlərindən istifadəyə razılıq verib. Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə hərbi köməyin göstərilməsi barədə müraciət edib. İvanov vurğulayıb ki, söhbət hərbi hava güclərinin əməliyyatlarından gedir.
Suriyanın Lakatiya şəhəri xəritədə
mənbə :
anspress