16.10.2015 / 23:21 xeber –
Şəkidə qəbiristanlıqda qəbirlərin üzərində təhqiredici hərəkətlər edən rayon sakinləri həbs edilib.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 15-i rayonun Baş Göynük kənd qəbiristanlığında qəbirlərin üzərində təhqiredici hərəkətlər edilməsi, üzərində ərəbcə yazı olan qədimi qəbirin dağıltmaqla və oradan oğurluğa cəhd göstərilməsi barədə Şəki ŞRPŞ-ə müraciət daxil olub.
Müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin Baş Göynük kənd sakinləri 1956-cı il təvəllüdlü, Məmməd Həmid oğlu İsmayılov və 1972-ci il təvəllüdlü Çingiz Abdulrəhman oğlu Abdulrəhmanovun olduğu müəyyən edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
mənbə :
lent.az