01:38 xeber – 2015-2106 mövsümündə Çempionlar Liqasında və Super Liqada qarşısına yüksək zirvələri fəth etməyi məqsəd qoyan “Lokomotiv” növbəti transferini reallasdırıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, yeni transfer dünyada öz mövqeyində birinci olan və bütün komanda məşqiçilərinin arzusu olan dominikanlı libero – Brenda Kastiliyodu.
Ölkə voleybolsevərlərinə yaxşı tanış olan 23 yaşlı libero son 3 mövsümdə artıq tarixin yaddaşına köçmüş “Rabitə”nin şərəfini qoruyub. 167 sm boya malik ulduz oyunçu Dominikan milli komandasınında vazkeçilməz və əvəzolunmaz oyunçusudu. Karyerası boyu bir çox uğurlara imza atan oyunçu çıxış etdiyi klublarda özünün liderlik xüsusiyyətini göstərməyi bacarıb. “Rabitə” ilə son üç ildə Azərbaycan çempionu olan libero bu müddət ərzində iki dəfə də dördlər finalında çıxış edib. Milli komandayla və çıxış etdiyi klublarla bütün turnirlərin ən yaxşı liberosu seçilib.
Brenda Kastiliyo
Milli komandanın tərkibində Pan-Amerika oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal, Mərkəzi Amerika və Karib hövzəsi oyunlarında 2 qızıl, 2009-cu ildə Tokyoda keçirilən Dünya Gran Prisində bürünc medallara sahib olan ulduz oyunçu ölkəsinin gənclər yığmasında da bir çox medallara sahib çıxıb. “Rabitə” dagıldıqdan sonra bir çox klubların transfer siyahısında ilk yerlərdə qərarlaşan ünlü libero son anda bütün şərtləri dəyərləndirərək “Lokomotiv”lə karyerasını davam etdirməyə qərar verib. Artıq rəsmi müqaviləyə imza atan Brenda yaxın günlərdə komandanın düşərgəsinə təşrif buyuracaq.
“Lokomotiv” klubu
Bu transferlə komandada oyunçuların sayı 12-yə çatıb.
mənbə :
anspress