İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Kubokunda bütün cütlüklər bəlli oldu

14-10-2015


14.10.2015 / 23:50 xeber –

Bu gün keçirilən üç oyunla Azərbaycan kubokunda 1/16 final mərhələsinə yekun vurulub.

 

Apasport.az saytının məlumatına görə, bu görüşlərdən sonra 1/8 finalın bütün cütlükləri müəyyənləşib.

 

 1/16 final mərhələsində "Şahdağ"a qalib gələn "Şəmkir" 1/8 finalda "Qarabağ"la qarşılaşacaq.  "Turan Tovuz" isə MOİK-i yolundan kənarlaşdırdığı üçün "İnter"lə qarşılaşacaq.

 

 Sonuncu 1/8 finalçı isə “lotoreya” ilə bəlli olub. Belə ki, “Bayıl Arena”da “Şərurspor”la qarşılaşan “Qaradağ Lökbatan” 3:3 hesabı ilə bitən oyunun ardından penalti seriyasında debütantı sıradan çıxararaq “Neftçi”yə rəqib olub.

 

Beləliklə, Azərbaycan Kubokunun 1/8 finalında aşağıdakı qarşılaşmalar baş tutacaq.

 

1/8 final mərhələsi

 

“Turan-Tovuz” – “Inter”

“Rəvan” – “Bakı”

"Qarabağ" – “Şəmkir”

AZAL – “Zirə”

“Sumqayıt” – “Neftçala”

“Neftçi” – “Qaradağ Lökbatan”

“Xəzər Lənkəran” – “Kəpəz”

“Qəbələ”  – “Mil-Muğan”

 

Qeyd edək ki, bu mərhələnin oyunları dekabrın 2-də keçiriləcək.

mənbə :
lent.az

Azerbaycan Kubokunda bütün cütlükler belli oldu