00:10 xeber – Türkiyənin Ukraynadakı səfirliyində Ankarada baş vermiş faciə ilə əlaqədar anım mərasimi keçirilib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ankarada baş verən terrorla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadov Türkiyənin Ukraynadakı səfiriliyini ziyarət edib.
Ziyarət zamanı həm diaspor, həm də Türk Şurasının Ukraynada diaspor mərkəzi adından səfirə başsağlığı verilib.
“Türkiyə xalqına, dünyasını dəyişmiş insanların ailələrinə başsağlığı veririk. Allah səbr versin. Türkiyənin acısı bizim acımızdır” – deyən H.Cavadov terrorla mübarizədə hər zaman qardaş Türkiyənin yanında olacaqlarını bildirib. Başsağlığı və dəstəyə görə təşəkkür edən Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel deyib: “Sizə hər zaman güvənirik. Türkiyəni belə aksiyalarla yıxmaq olmaz. Günahkarlar tapılıb cəzalandırılmalıdırlar. Əsas məsələ onların arxasında duranların üzə çıxarılaraq hesab sorulmasıdır”.
Səfirlə görüşdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov da iştirak edib. Baş vermiş faciə ilə əlaqədar Hikmət Cavadov və Murad Cəfərov xatirə dəftərinə qeydlər edib.
Ankara şəhərində dəmir yolu stansiyası yaxınlığında insanların mitinq üçün toplaşdığı vaxt dəhşətli partlayış baş verib. Terror aktında ölənlərin sayı 86, yaralananların sayı isə 186 nəfər olub.
Partlayışın baş verdiyi ərazi xəritədə
mənbə :
anspress