13.10.2015 / 23:52 xeber –
2014-cü ildə “Boeing” sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulmasını araşdıran Niderlandın Təhlükəsizlik Şurası və müstəntiqlərdən ibarət beynəlxalq komanda təyyarənin vurulması ilə əlaqəli olan şəxslərin kimliyini müəyyənləşdirib. APA-nın xəbərinə görə, bunu “Reuters” Niderland tərəfinə istinadən məlumat yayıb.
Məlumata görə, istintaq şübhəlilərin adlarını mətbuata açıqlamayıb.
Qeyd edək ki, Niderlandın Təhlükəsizlik Şurası bundan əvvəl 2014-cü ildə Malayziyanın “Boeing” sərnişin təyyarəsinin Ukraynanın şərqində vurulması ilə bağlı beynəlxalq istintaqın nəticələrinə dair məruzəni dərc edib.
Xatırladaq ki, 2014-cü ilin iyulun 17-də Amsterdam-Kuala Lumpur marşrutu üzrə uçan “Malaysia Airlines” aviaşirkətinin “Boeing 777” tipli sərnişin təyyarəsi Donetsk vilayətinin şərqində vurulması nəticəsində 298 nəfər ölüb.
mənbə :
lent.az