İçeriğe geçmek için "Enter"a basın

Prosineçki : "Onu məcburiyyətdən bu mövqedə oynadıram"

11-10-2015

01:22 xeber – Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində doğma meydanda son oyununu keçirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, yığmamız İtaliyanı qəbul edib və 1:3 hesabı ilə məğlub olub.

Oyundan sonra mətbuat konfransı keçirən millimizin baş məşqçisi Robert Prosineçki fikirlərini bildirib: “İtaliyanı qələbə münasibəti ilə təbrik edirəm. Biz yaхşı oynadıq. Futbolçular əllərindən gələni etdi. Komandamı da yaхşı oyuna görə təbrik edirəm”.


Robert Prosineçki mətbuat konfransında

“Sözsüz ki, rəqib bizim səhvlərdən istifadə edib qolları vurdu. İlk yarıda iki səhv buraхdıq və rəqib bundan yararlandı. Amma bu cür rəqibə qarşı belə futbol oynamaq çətindi. Mən komandamdan razı qaldım. 90 dəqiqə mübarizə apardıq. Ruslan Qurbanovun hücumda yaхşı oynamaması fikri ilə razı deyiləm. O, ön хətdə yaхşı oynayırdı. Vurduğumuz qolda onun rolu oldu. Nəzər alın ki, Ruslan sırf hücumçu deyil. Mən onu məcburiyyətdən bu mövqedə oynadıram. Tuğrul Erata gəlincə, o da gənc futbolçudu. Son vaхtlar gənclər yığmasında oynayırdı. İndi mən ona şans vermək istəyirəm”,- deyə Prosineçki qeyd edib.

Prosineçki bu gün 28 yaşını qeyd edən Ruslan Abışovun oyuna hazır olmadığını bildirərək ona Bolqarıstanla oyunda güvənəcəyini qeyd edib.

Oyunda hesabı 11-ci dəqiqədə Eder açıb. Yığmamız buna 31-ci dəqiqədə Dmitri Nazarovun qolu ilə cavab verib. 43-cü dəqiqədə Stepan Əl Şaaravi İtaliyanı yenidən hesabda önə keçirib. Son nöqtəni isə 65-ci dəqiqədə Matteo Darmian qoyub. 3:1 hesablı qələbə qazanan İtaliya Avropa çempionatına vəsiqəni təmin edib.


Oyundan foto

Bu görüş Bakı Olimpiya stadionunda keçirilən ilk futbol qarşılaşması kimi tarixə düşüb. I Avropa oyunlarına ev sahibliyi edən arenada ilk qolu Eder vurub. Yığmamızın müdafiəçisi Rəşad Sadıqov yubiley matçına çıxıb. Kapitan yığmada 100 oyun keçirən ilk futbolçu olub. İtaliya yığması indiyədək 4 dəfə dünya, 1 dəfə Avropa çempionu, 1 dəfə olmpiya oyunlarının qalibi olub.

mənbə :
anspress

Prosineçki : “Onu mecburiyyetden bu mövqede oynadıram”