[r32]
31 Oktyabr, 2019 20:16 xeber – Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub.
“Report” xəbər verir ki, komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb
Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir.
Avropa çempionatı
VII tur, kişilər
Azərbaycan – İsveçrə – 2.5:1.5
Şəhriyar Məmmədyarov – Sebastyan Boqner – 0,5:0,5
Rauf Məmmədov – Yannik Pelletye – 0:1
Qədir Hüseynov – Niko Georgiadis – 1:0
Eltac Səfərli – Oliver Kurmann – 1:0
Gürcüstan – Azərbaycan – 0:0
Nana Dzaqnidze – Günay Məmmədzadə
Lela Cavaxişvili – Xanım Balacayeva – 0,5:0,5
Bela Xotenaşvili – Gülnar Məmmədova
Meri Arabidze – Türkan Məmmədyarova
mənbə :
Report.az