[r32]
7 Oktyabr, 2019 19:41 xeber – Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan ağırlıqqaldıranlar arasındakı Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti bəlli olub.
Federasiyadan “Report”a verilən məlumata görə, U-20-lərin mübarizəsində Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (+109 kq) çıxış edəcək. Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq), Kənan Əliquliyev (81 kq) isə U-2-lərin yarışında çıxış edəcək.
Qadınlardan isə Səbinə Əzimova (55 kq) U-20, Mərziyyə Məhərrəmova (49 kq) U-23 yaş kateqoriyasında qüvvəsini sınayacaq.
Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov Azərbaycanı hakim qismində təmsil edəcək.
Qeyd edək ki, Avropa çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarış 17 – 27 oktyabrda keçirilcək.
mənbə :
Report.az