İçeriğe geçmek için "Enter"a basın

Qırğızıstan Azərbaycandan tranzit daşımaları üzrə kvotaların artırılmasını istəyib

07-10-2019

[r32]

7 Oktyabr, 2019  18:45 xeber – Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyi Azərbaycan hökumətindən tranzit daşımaları üzrə kvotaların artırılmasını istəyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazir müavini Jenişbek Noğoybayev iqtisadi və humanitar əməkdaşlığa dair hökumətlərarası komissiyanın 3-cü iclasında bildirib. 

“Bizə daha çox kvota ayrılması üçün sizə müraciət etmişik. Bu ay Azərbaycandan nəqliyyat sahəsinə aid nümayəndə heyəti gözləyirik. Həmin heyət gələndən sonra daşımalara dair əlavə kvotalara icazə veriləcəyinə ümidvarıq”, – Qırğızıstan rəsmisi qeyd edib.

Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov isə məsələ ilə tanış olduqlarını və ciddi yanaşdıqlarını bildirib. 



mənbə :
Report.az

Qirgizistan Azerbaycandan tranzit dasimalari uzre kvotalarin artirilmasini isteyib