[r32]
3 Oktyabr, 2019 18:56 xeber – Böyük Britaniyanın Avropa İttifaqından çıxması şərtlərinə dair razılığın əldə olunması barədə baş nazir Boris Consonun təklifi Avropa Parlamenti tərəfindən qəbul olunmayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin “Brexit”ə dair təmas qrupunun bugünkü açıqlamasında bildirilir.
“Təmas qrupunun qənaətincə, Böyük Britaniya hökumətinin 2 oktyabr tarixli son təklifləri hazırkı şəkildə Avropa Parlamentinin təsdiqləyə biləcəyi razılaşma üçün əsas ola bilməz. Bu təkliflər “backstop” rejiminin aradan qaldırıldığı təqdirdə, həll edilməsi zəruri olan gerçək məsələləri əhatə etmir”, – açıqlamada göstərilir.
Xatırladaq ki, “backstop” rejimi Birləşmiş Krallıqla İrlandiya Respublikası arasında İrlandiya adasındakı quru sərhəddə “Brexit” sonrası müəyyən dövr ərzində şəffaflığı təmin etmək məqsədilə düşünülən plandır.
mənbə :
Report.az