[r32]
3 Oktyabr, 2019 17:57 xeber – İranın Bağdaddakı səfiri İrəc Məscedi İraqın Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” xəbər verir ki, məlumatı “Al-arabiya” yayıb.
Səfirdən ABŞ-ın İrana mümkün hücumu zamanı ərazisindən istifadə edəcəyi istənilən ölkəni, o cümlədən İraqı vuracaqları barədə verdiyi bəyanatla bağlı izahat tələb edilib.
İraq XİN-in rəsmisi Əbdül-Kərim Haşem ABŞ hərbiçilərinin rəsmi Bağdadın istəyi ilə ölkədə olduqlarını İrəc Məscedinin nəzərinə çatdırıb.
Qeyd edək ki, bir müddət əvvəl Məscedi “Dijla” telekanalına müsahibəsində ABŞ-ın İrana hücum edəcəyi dünyanın istənilən nöqtəsinə, o cümlədən İraqa cavab zərbəsi endirəcəklərini bildirib.
mənbə :
Report.az