[r32]
24 Sentyabr, 2019 18:09 xeber – Almaniyanın “Hohenfels” təlim mərkəzində davam edən “Saber Junction – 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları növbəti mərhələdə tapşırıqları icra ediblər.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Hərbçilərimiz NATO-nun üzv və tərəfdaş ölkələrinin nümayəndələri ilə birgə təlim çərçivəsində keçirilən əməliyyatlar, bölmələrin qarşılıqlı fəaliyyəti və digər tapşırıqları yerinə yetirirlər.
mənbə :
Report.az