[r32]
21 Sentyabr, 2019 22:12 xeber – Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, Alar kənd sakinləri – 1988-ci il təvəllüdlü Mehdiyev Farid Azad oğlu və onun əmisi qızı, 1985-ci il təvəllüdlü Mehdiyeva Böyükxanım Füzuli qızı naməlum şəxslər tərəfindən döyülüblər.
Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib.
Hazırda hadisənin başvermə səbəbi və təfərrüatı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az