[r32]
15 Sentyabr, 2019 23:24 xeber – Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xirdalan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Hüseynov Seymur Elbrus oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yarali təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib.
Fakla bağli Abşeron polisi tərəfindən araşdırma aparılır.
Ramin Şahbazov
mənbə :
Report.az