[r32]
31 Avqust, 2019 19:31 xeber – ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyasının aviasiyası Suriyanın İdlib vilayəti ətrafında “Horas əd-Din” ekstremist qruplaşmasının qərargahına raket zərbəsi endirib.
“Report” xəbər verir ki, bu barədə “Əl-Məyadin” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 40-dan çox silahlı və səhra komandiri məhv edilib.
Bəzi məlumatlara görə, zərbə vaxtı qərargahda “Cəbhət ən-Nüsrə” terror qruplaşmasının başçısı Məhəmməd əl-Culani də olub. O, həmin vaxt müttəfiqləri ilə müşavirədə iştirak edimiş.
mənbə :
Report.az