15.02.2015 / 14:22 xeber –
“Barselona” ciddi itki ilə üzləşib. Lent.az-ın məlumatına görə, komandanın əsas heyət üzvlərindən olan Andres İnyesta soyuqlayıb. Bu səbəbdən o, dünən keçirilən məşqi buraxıb və bu gün İspaniya çempionatının 23-cü turu çərçivəsində “Levante”yə qarşı görüşdə oynamayacaq.
Qeyd edək ki, “Barselona” – “Levante” oyunu bu gün saat 20:00-da başlayacaq.
Mənbə : Lent.az